1995-ci ildə yaradılan Cahan Holdinq dünya təcrübəsindən istifadə edərək sənaye, tikinti sahələri ilə yanaşı, əhaliyə nümunəvi xidmət etmək imkanlarına malik müasir xidmət və ticarət mərkəzləri yaradır. “Cahan” Alış-Veriş Mərkəzinin bazasında “1001 Home” mağazasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Ərazisi 3000 kvadratmetrdən 3.900 kvadratmetrə çatdırılan mağazada əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən santexnika, çilçıraq və işıqlandırma, asma tavanlar, divar üzlükləri, elektrik ləvazimatları, istilik sistemləri, müxtəlif qapı və mebel məmulatları, məişət əşyaları bölmələri yaradılıb.
Mağazanın 2000 kvadratmetri satış bölməsinin, 1900 kvadratmetri anbar və ofis bölmələrinin payına düşür.
Burada yerli məhsullarla yanaşı, bir sıra xarici ölkələrin istehsalı olan 10.000 çeşiddən çox məhsulun satışı həyata keçirilir. Burada yerli məhsullarla yanaşı, Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsullar da satılır. “1001 Home” satış mağazasının əsas məqsədi qarşıdakı 5 il ərzində öz əhatə dairəsini genişləndirərək mağazalarının sayını 60-a çatdırmaqdır.

www.1001HOME.com