İnsan Resursları Siyasəti

“ƏN DƏYƏRLİ RESURS İNSANDIR”- fikrini rəhbər tutaraq müasir insan resursları standartlarına maksimum cavab verən, “işəgötürən markası” dedikdə ilk ağla gələn şirkət olmağı hədəfləyən, kökündə şirkətin kimlik,məqsəd və dəyərləri dayanan, yüsək peşəkarlıq və şəxsi keyfiyyətləri özündə cəmləşdirən insan kapitalını cəlb etmək potensialına malik, onun inkişafına, motivasiyasına  tam dəstək göstərərək komanda ruhlu korporativ iş mühiti formalaşdıran, işçi və işəgötürən münasibətlərinin ən uyğun və şəffaf şəkildə nizamlanmasını təmin edən işəgötürən olmağa yönəlmişdir.

ƏN DƏYƏRLİ RESURS İNSANDIR  - şüarını əsas götürərək hər bir əməkdaşına dəyərli olduğunu hissetdirmək və ona qarşı subyektiv yanaşma sərgiləmək Holdingin İnsan resursları siyasətinin əsasında dayanır.
 

PEŞƏKARLIQ

Azərbaycanda və beynəlxalq səviyyədə  bir çox sektorda böyük nailiyyətlərə imza atan Cahan Holdinq KŞİ-nin uğurlarının sirrlərindən biri də istənilən sahədə Birliyin dəyərlərini mənimsəyən yüksək peşəkarlığa malik kadrların nüfuzlu işəgötürən markası formalaşdırmaqla Holdingə cəlb edilməsi və  münbit iş şəraiti ilə təmin edilməsidir. 


KARYERA

Cahan Holdinq KŞİ-nin yüksək səviyəli işəgötürən imicinin arxasında öz əməkdaşlarının inkişafına göstərdiyi diqqət, qayğı, yaratdığı şərait dayanır. İşçi heyətinin peşəkarlığının artırılması, bu istiqamətdə onların müxtəlif təlim,seminar və kurslara cəlb edilməsi, heyətin karyera inkişafı üçün imkanların yaradılması və təkmilləşdirilməsi Holdinqin İnsan resursları siyasətinin daim diqqət mərkəzindədir.
 

GƏNCLƏR SİYASƏTİ

Ümumilli lider Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı gənclər siyasətinin davamçılarından olan Cahan Holdingin İnsan resursları siyasətində də əsas istiqamətlərindən biri  gənc, dinamik, yeniliklərə meyilli kadrların Holdinqin fəaliyyətinə cəlb edilməsi, onların himayə edilməsi, onlara Holdingin peşəkar heyəti ilə birlikdə çalışaraq təcrübə qazanmaq imkanının verilməsi, gələcəkdə bu peşəkar heyətin üzvlərindən biri olmaq şansının yaradılmasıdır.
 

MOTİVASİYA
 
Aktiv, şəffaf, fərqliliyə və yaradıcılığa dəyər verən bir mədəniyyətin yaradılmasını və yayılmasını təmin etmək, əməkdaşlarının təklif və gözləntilərini nəzərə almaq,bağlılığı gücləndirici yanaşmaları davamlı inkişaf etdirmək,təhlükəsiz, sağlam, etik dəyərlərin yaşadıldığı, iş və xüsusi həyat arasındakı tarazlığı nəzərə alan bir iş mühiti təmin etmək Cahan Holding KŞİ-nin İnsan Resursları sistemində daim diqqət mərkəzində saxladığı amillədir.
 
İNOVASİYA
 
Cahan Holding KŞİ hər bir potensial resursa şəffaf, onlayn CV qəbulu imkanından yararlanmaq, özünüifadə üçün sərbəst mühit yaradan peşəkar heyətlə keçiriləcək iş intervyularında iştirak etmək,şirkət mənafeyi ilə yanaşı işçi maraqlarına yönəlmiş insan resursları siyasətinin tətbiq edildiyi Cahan Holding ailəsinin bir üzvü olmağı vəd edir..