Tütünçülük təsərrüfatı yaradılmışdır.

Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılmışdır.
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublika rəhbərliyi Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olmuşdur. 
2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılmış, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınmışdır. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilmiş, bugünədək 11 tondan çox quru tütün istehsal olunmuşdur. Təsərrüfatda 60 nəfər işlə təmin olunmuşdur.