İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.
Vüqar Abbasov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində keçirilən tədbirdə iştirak edib.
İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. “Cahan Holdinq”-in təsisçisi,  Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da keçirilən tədbirlərdə iştirak edib. 
Vüqar Abbasov tədbir çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Qətərin Palata üzvləri və  sahibkarlarla müxtəlif mövzuları əhatə edən görüşlər keçirib,  onlarla əməkdaşlıq imkanlarını müzakirə edib.