“Cahan Sənaye Kompleksi” MMC-də FHN-nin maarifləndirmə tədbiri keçirilmişdir.

12 iyul 2016-cı il tarixində “Cahan Sənaye Kompleksi” MMC-də Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması,
12 iyul 2016-cı il tarixində “Cahan Sənaye Kompleksi” MMC-də Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, fövqəladə hadisələr zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi sahəsində vətəndaşların, müəssisələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri “Cahan Holdinq”in Əməyin mühafizəsi üzrə mütəxəssisi Məhərrəm Zeynalov giriş sözü ilə açmış, ardınca “İstehsalat müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alıması” mövzusunda Naxçıvan MR FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi idarəsi, dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət kapitanı Hasil Məmmədov, “Qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda Naxçıvan MR FHN-nin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti, daxili xidmət baş leytenantı Telman Əhmədov və “Fövqəladə hadisələr, onun xüsusiyyətləri və fövqəladə hadisələr zamanı davranış qaydaları” mövzusunda Naxçıvan MR FHN-nin  fövqəladə halların xəbərdar edilməsi şöbəsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov məruzələrlə çıxış edərək iştirakçıları məlumatlandırmışlar. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə həmçinin süni yanğın yaradılmış və onun təhlükəsiz şəkildə söndürülməsi əyani şəkildə göstərilmişdir.