“Cahan Pen”də Mülki müdafiə ilə bağlı seminar keçirilmişdir.

Naxçıvan MR FHN-nin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları "Cahan Pen"də "Müəsisələrdə mülki müdafiə işinin etibarlı təşkili" mövzusunda seminar keçirmişdir.
Seminarda Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov "Müəssisələrdə mülki müdafiə işinin etibarlı təşkili, işçilərin təhlükəsizliyinin təmin olunmasının başlıca amilidir" mövzusunda, həmin şöbənin elmi metodiki işlər üzrə baş müəllimi, baş leytenant Şərif Əsədov "Xəbərdarlıq siqnallarının təşkili, dəm qazı ilə zəhərlənmələr" mövzusunda və əhalinin MM-yə hazırlıq bölməsinin MM qüvvələrinin hazırlığı üzrə köməkçisi Azadə Cəfərova "Fövqəladə hallara hazırlıq hər bir işçinin təhlükəsizliyinin qarantıdır" mövzusunda çıxışlar etmişlər. Seminarda mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.