“Cahan İnşaat” MMC Şıxmahmud kənd inzibati ərazisində quraşdırılacaq su-kanalizasiya şəbəkəsinin tikintisinə başlamışdır.

Babək rayonu Şıxmahmud kənd inzibati ərazi dairəsində su paylayıcı və kanalizasiya şəbəkəsinin tikintisi üçün Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən tender elan olunmuş və tenderi “Cahan İnşaat” MMC qazanmışdır.
Layihəyə əsasən Şıxmahmud və Xəlilli kəndləri müasir tipli, yüksək təzyiqə davamlı borulardan və avadanlıqlardan istifadə olunmaqla keyfiyyətli su və kanalizasiya şəbəkəsi ilə tam təmin olunacaqdır. Çəkiləcək su xəttinin ümumi uzunluğu 32.2 km, kanalizasiya xəttinin uzunluğu isə 32.3  km olacaqdır.
Hazırda layihənin icrasına başlanılmışdır. Bunun üçün ayrılmış ərazidə təhlükəsizlik tədbirləri görülmüş, köməkçi idarə binaları quraşdırılmış, qurğular hazırlanmış və artıq müəyyən işlərə start verilmişdir.