Cahan Holdinqin tərkibində yeni istehsal müəssisəsi fəaliyyətə başlamışdır.

Oktyabrın 25-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublika rəhbərliyi açılış tədbirində iştirak etmişdir. 
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikada istilik panellərinə və dam örtüklərinə olan tələbat nəzərə alınaraq "Cahan Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri və dam örtükləri müəssisəsi yaradılmışdır. Yeni müəssisə daxili tələbatı ödəməklə yanaşı, həm də geniş ixrac imkanlarına malik olacaqdır.