“Cahan Holdinq” KŞİ-nin Prezidenti Vüqar Abbasov , KOBİA və “Caspian European Club” – ın birgə keçirdiyi biznes forumda iştirak edib.

Martın 6-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian European Club” birgə biznes forum keçirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə təşkil edilmiş biznes forumda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Biznes Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Cahan Holdinq”in, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, “Bakı Textil Fabriki” MMC-nin və “Times Consulting” şirkətinin nümayəndələri çıxış və təqdimatlar ediblər.

Forum çərçivəsində “Cahan Holdinq” və “Caspian European Club” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Tədbir çərçivəsində xüsusi olaraq "KOB Dostu" masası yaradılıb və KOBİA-nın KOB dostları vasitəsilə biznes forumda iştirak edən sahibkarların müraciət və təklifləri dinlənilib.

Qeyd edək ki, biznes forumda sahibkarlar, diplomatik qurum və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.