“Cahan Holdinq” KŞİ-də I rübün yekunları ilə bağlı iclas keçirilmişdir.

15 aprel 2016-cı il tarixində “Cahan Holdinq” KŞİ-nin prezidenti Vüqar Abbasovun rəhbərliyi ilə 2016-cı ilin I rübünün yekunlarına həsr olunmuş toplantı keçirilmişdir.
İclası giriş sözləri ilə açan V.Abbasov I rüb ərzində görülmüş işlər haqqında məlumat vermişdir.
Sənaye Departamentinin rəhbəri Ceyhun Abdullayev, Ticarət Departamentinin rəhbəri Qaçay Şirinov, İnşaat Departamentinin rəhbəri Vilayət Cəlilov, Bakı bölgəsi üzrə Xidmət Departamentinin rəhbəri Ülvi Allahyarov çıxış edərək departamentlərin tərkiblərinə daxil olan şirkətlər haqqında hesabatlarını  vermişlər.
“Cahan Holdinq” KŞİ-nin Audit şöbəsinin müdiri çıxış edərək invertarizasiya ilə bağlı araşdırmanın  aparılması və onun nəticələri haqqında məruzə etmişdir.
Yekunda “Cahan Holdinq” KŞİ-nin  prezidenti V.Abbasov qarşıda duran vəzifələrdən danışmış, departament rəhbərlərinə xüsusi tapşırıqlar vermişdir.