“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqında ilin yekunu ilə bağlı iclas keçirilmişdir.

13 dekabr 2017-ci il tarixdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının ilin yekunu ilə bağlı iclası keçirilmişdir.
İclası giriş sözü ilə “Cahan Holdinq” KŞİ-nin prezidenti V. Abbasov açmış və 2017-ci il ərzində görülmüş işlər haqqında danışmışdır. O, çıxışında Şıxmahmud kəndi ərazisində yeni kanalizasiya şəbəkəsinin tikilməsi, “Cahan Pen” MMC-nin yeni fabrikinin tikintisi, “Cahan Tabak” MMC-də yeni istehsal xəttinin və Sənaye Kompleksi ASC-nin istifadəyə verilməsi və Holdinqdə mərkəzləşdirilmiş kamera sistemlərinin yaradılması ilə bağlı məlumat vermişdir.
Daha sonra iclasda ticarət, sənaye departamentlərinin rəhbərləri, aparat rəhbəri və digər müəssisələrin rəhbərləri çıxış edərək 2017-ci il ərzində görülmüş işlərlə bağlı məlumat vermişlər.
İclasa “Cahan Holdinq” KŞİ-nin prezidenti yekun vuraraq 2017-ci ilin ən yaxşı işçilərinin adlarını qeyd etmiş, aidiyyatı qurum rəhbərlərinə qarşıdakı ildə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.