BƏƏ-də “İxrac üzrə Avrasiya Brifinqi” keçirilmişdir.

27 fevral 2017-ci il tarixdə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Azərbaycan, Gürcüstan, Ukrayna, Belarusiya və Rusiyanın iştirakı ilə “İxrac üzrə Avrasiya Brifinqi” keçirilmişdir.
Brifinqdə “Cahan Holdinq” KŞİ-nin prezidenti V. Abbasov da iştirak etmişdir. İki gün davam edəcək konfransda ölkələri təmsil edən nümayəndə heyətləri arasında qarşılıqlı görüşlər keçiriləcək və regionda ərzaq məhsullarının ixracı ilə bağlı anlaşma müqavilələri bağlanacaqdır.