Azərbaycan və Türkiyəli Sahibkarların iştirakı ilə görüş keçirilib

Azərbaycandakı mövcud vəziyyətlə bağlı Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin onlayn görüşü keçirilib.

Azərbaycandakı mövcud vəziyyətlə bağlı Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin onlayn görüşü keçirilib. Görüşdə ilk olaraq palatanın həmsədri, Türkiyə Odalar və Borsalar Birliyi İdarə Heyətinin üzvü Öztürk Oran çıxış edib.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin Azərbaycana işğalçı hücumlarına başlamasını pisləyir və azərbaycanlı qardaşlarımızla bir yerdə olduğumuzu bildiririk. Türkiyə Odalar və Borsalar Birliyi olaraq bu hadisələrə ilk gündən münasibətimizi bildirmiş və Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri olaraq Azərbaycanda baş verən bu hadisələri diqqətlə izləyirik.

          Bildirilib ki, Azərbaycan torpaqlarını illərdir işğal altında saxlayan ermənilərin hazırda beynəlxalq hüququn norma və prinsiplərinə heç bir məhəl qoymadan mülki yaşayış məntəqələrini hədəfə almasını şiddətlə qınayırıq. Azərbaycan bu gün öz ərazi bütövlüyünü qoruyur. Dağlıq Qarabağ və ətraf ərazilər 30 ilə yaxındır ki, işğal altındadır. Biz münaqişənin nizamlanmasına məsul olan beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün qəbul edilmiş BMTqərarlarının icra edilməsinə çağırırıq. 

          Vurğulanıb ki, Türkiyə və Azərbaycan təkcə dost və müttəfiq deyil, həm də qardaş ölkələrdir. Bir-millət, iki dövlət prinsipinə uyğun olaraq can Azərbaycanla sonuna qədər birlikdəyik. Bu vəsilə ilə Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri,  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan ordusu cəbhədə düşmənə layiqli cavab verir və biz qısa müddətdə işğal olunmuş torpaqlarımızı geri alacağıq. Bu gün azərbaycanlı sahibkarlar da ordumuzun yanındadır və hər kəs ordumuza əlindən gəldiyi qədər dəstək göstərir. Türkiyəli iş adamlarının Azərbaycana dəstək məqsədilə bu toplantıya qatılması isə bizi çox qürurlandırır və buna görə sizə təşəkkür edirəm. Bunu da bildirmək istəyirəm ki, işğal altında olan torpaqlarımız azad olunduqdan sonra biz türkiyəli iş adamları ilə birgə həmin torpaqlarda yeni şirkətər quracaq, iş yerləri yaradacaq, bölgənin iqtisadi inkişafına bərabər töhfəmizi verəcəyik.

          Onlayn görüşdə çıxış edən türkiyəli sahibkarlar Azərbaycana edilən bu xain hücumların insanlıq əleyhinə bir cinayət olduğunu bildirib və bunu qınadıqlarını, hər zaman Azərbaycanın yanında olacaqlarını bildiriblər. Həmçinin işğaldan azad olunacaq bölgələrdə yeni həyatın başlanmasına öz töhfələrini verəcəklərini dilə gətiriblər.   

          Tədbirdə çıxış edən azərbaycanlı sahibkarlar ölkəmizdə baş verən hadisələr haqqında məlumat verib, Azərbaycanı bu haqq işində dəstəklədiklərinə görə   türkiyəli həmkarlarına öz təşəkkürlərini bildiriblər.

          Onlayn tədbirdə türk sahibkarların Azərbaycana dəstək nümayişi ilə bağlı sosial şəbəkədə paylaşdıqları statuslardan parçalar, eləcə də Türkiyə Odalar və Borsalar Birliyi binasının milli bayrağımızın rənginə bürünmüş görüntüləri nümayiş etdirilib.