"CAHAN Tea" MMC

“Cahan Tea” MMC respublikanın iri və daha sabit fəaliyyət göstərən çay şirkətlərindəndir. ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlar və qabaqcıl texnologiya tətbiq olunmaqla müəssisədə “Əlincə”, “Tudor”, “Araz çay” və “Sterlinq” markalı çay növləri istehsal olunaraq ixrac olunur.
 
 
Biz çay yarpağını dünyanın bir sıra ölkələrindən, o cümlədən Çindən və Seylon adasından alırıq. Müəssisədə “Seylon” çayının 4 növü qablaşdırılır. Seylon adasından çayın ixracına görə birinci yer tutan “Akbar Brothers LTD” (Şri Lanka) şirkəti ilə tərəfdaşlıq sayəsində “Cahan Tea” həm “Akbar” brendinin Azərbaycanda paylanması ilə, həm də yüksək keyfiyyətli Seylon çay yarpağı əsasında öz brendlərinin istehsalı ilə də məşğuldur. Bu səbəbdəndir ki, “Cahan Tea” çay forumlarının, festivalların və sərgilərin daimi iştirakçısıdır. Onu da qeyd edək ki,“Cahan Tea” şirkəti “Ahmad” və “Alokozay” çay brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir.

Şirkətin fəaliyyət istiqamətlərindən biri də Naxçıvan ərazisində bitən müalicəvi əhəmiyyətli təbii ot bitkilərinin qablaşdırılması və geniş çeşiddə əhaliyə təklif olunmasıdır. Gündəlik istehsal gücü 5 ton olan müəssisədə müalicəvi bitkilərlə çayın qarışığı 2 qr-lıq birdəfəlik istifadə paketləri və 100, 250 və 500 qr-lıq qutularda açıq şəkildə qablaşdırılır.

“Cahan Tea” çay satışına görə respublikada aparıcı yerlərdən birini tutur. Bunu təkcə sayı gündən-günə artan müştərilərimiz deyil, rəqiblərimiz də təsdiq edirlər.
Rəhbər: Etibar Səfərov
Telefon: (+99450) 295 24 49
Adres: Azərbaycan k. 20, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adresi: http://www.cahantea.com