“CAHAN Pen” MMC

"Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Pen” MMC plastik (PVC) profillərin və boruların istehsalı ilə məşğuldur. Burada dünya standartlarına cavab verən keyfiyyətli profillər və borular istehsal olunaraq Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə ixrac edilir. Daxili bazarda satılan yerli profillərin və boruların payında "Cahan Pen" MMC məhsullarının xüsusi çəkisi 50 faizə yaxındır.
 
Bina fasadları üçün saydinq istehsalı sahəsində isə müxtəlif ölçülü və müxtəlif funksiyalar üçün nəzərdə tutulmuş 9 çeşiddən ibarət saydinq istehsal edilir. Müəssisənin bu fəaliyyət sahəsi muxtar respublikamızda yaradılmış yeni istehsal sahələrindən biri olmaqla bərabər, həm də ölkəmizdə yaradılmış birinci istehsal sahəsidir.

Almaniyanın “Duramax”, “Henkel”, Türkiyənin “Sarem makina”, “Mikrosan” və “Özge makina” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmış, istehsal prosesi avtomatlaşdırılmışdır.
Qeyd edək ki, bizim məhsullar Moskva və İstanbulun Texniki Universitetlərinin laboratoriyalarında testdən keçərək yüksək standartlara uyğunluğu müəyyənləşdirən keyfiyyət nişanına layiq görülüb.
Şirkətin Naxçıvan şəhərində istehsal və satış, Bakı şəhərində isə satış obyektləri fəaliyyət göstərir. Şirkətimiz bir sıra əxarici firmalarla sıx əməkdaşlıq edir. Türkiyənin dünya şöhrətli "Petkim", "Akdeniz kimya", Almaniyanın "Kronos" şirkətləri bizim daimi tərəfdaşlarımızdır.

“Cahan Pen” satış bölməsi “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına məxsusdur. Əsas fəaliyyət sferası “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların satışı ilə məşğul olmaqdır.
Satış bölməsi “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların 66 növ məhsul (ağ və rəngli plastik qapı pəncərə profillərinin, bina fasadları üçün saydinqlərin, falqalı, falqasız və kompozit boruların, tullantı su borularının, karniz və lambirlərin, yumşaq və sərt şlanqların), mövcud olan anbarda 51 növdə plastik qapı və pəncərə profillərinin aksesuarlarının satışı ilə məşğul olur.
Rəhbər: Rza Novruzlu
Telefon: (+99450) 295 24 55
Adres: Əziz Əliyev k. 10, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahanpen.com