9 dekabr 2019-cu il tarixində "Cahan Holding"-in Tikinti Departamentinin iclas zalında seminar iclası keçirilib.

Tədbirdə holdinqin struktur bölmələrinin mütəxəssisləri iştirak etmişlər.
09 dekabr 2019-cu il tarixdə «Cahan Holdinq» Kommersiya Şirkətlər ittifaqının Aparat rəhbəri A.Cəfərovun təşkilatçılığı ilə Holdinqin İnşaat Departamentinin iclas zalında seminar müşavirə keçirilmişdir. Tədbirdə Kommersiya Şirkətlər ittifaqının Naxçıvan Bölməsində fəaliyyət göstərən strukturlarının kadrlar üzrə mütəxəssisləri və Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssisləri həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyinin rəis müavini A.Qasımov və müfəttişliyin mütəxəssisi H.İbrahimov iştirak etmişdirlər.
        Tədbiri giriş sözü ilə Cahan Holdinqin aparat rəhbəri A.Cəfərov açaraq tədbirin keçirilməsində məqsəd holdinqin struktur bölmələrində olan mütəxəssislərlə maarrifləndirmə işinin aparılması, onlara iş prosesi zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində metodiki köməkliklərin göstərilməsi olduğunu bildirmişdir.
        Tədbirdə Dövlət Əmək Müfəttişliyinin rəis müavini A.Qasımov çıxış edərək Yeni Portal sistemdə baş verən dəyişikliklərdən danəşaraq məlumat vermişdir. Dövlət Əmək müfəttişliyinin mütəxəssisi H.İbrahimov slayt vasitəsilə Yeni Portalın işləmə mexanizmini göstərməklə əlavə və dəyişikliklər haqda geniş məlumat vermişdir. Sonda mütəxəssislərin sualları cavablandırılmaqla tədbirə yekun vurulmuşdur.