8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Cahan Holdinq” KŞİ-də tədbir keçirilib.

Tədbirdə holdinqin xanım əməkdaşlarına hədiyyələr verilmişdi.
"Cahan Holdinq" KŞİ-da 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən “Cahan Holdinq” KŞİ- nin vitse-prezidenti Pərviz Abbasov və Xidmət Departamentinin rəhbəri Natiq Məmmədov çıxış edərək, holdinqdə çalışan zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edərək onlara gül dəsti və qiymətli hədiyyələr vermişdir.