17-19 May tarixlərində "Cahan Tobacco International" “InterFood” adlı Beynəlxalq Qida sərgisində iştirak edib.

"Cahan Tobacco International" qida, tütün və digər qida məhsulları üzrə aparıcı istehsalçıların ən mühüm görüş yerlərindən biri olan "InterFood" sərgisində iştirak etdi.
Şirkət özünə məxsus olan Tütün Yetişdirmə Mərkəzində yetişdirdiyi dünyada məşhur olan türk tipi Oriyental və Amerikanın Vircinia tütün növlərinin yetişdirilməsinin hər bir mərhələsinə dair real nümunələr sərgidə nümayiş etdirmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 10 avqust 2017-ci il tarixdə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”-nı təsdiq edəndən sonra, “Cahan Tobacco International” şirkəti tütün yetişdirmə və hazır məhsul istehsalı üzrə fəaliyyətini ildən-ilə daha da gücləndirir və tütün əkini sahələrini hər il genişləndirərək məhsuldarlığı artırmaqda davam edir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova Cahan Tobacco International - CTI stendini ziyarət etmiş və şirkətin gördüyü işlərin Respublikanın kənd təsərrüfatının inkişafına verdiyi töhfələrə dair öz müsbət rəylərini bildirmişdir.
Ən çox ziyarət olunan stend adını qazanan “Cahan Tabak” şirkəti ölkəmizin iqtisadiyyatının inkişafı naminə fəal fəaliyyətini uğurla davam etdirəcək və “Made in Azerbaijan” brendi altında dünya bazarında ölkəmizi laiqincə təmsil etməkdə davam edəcək.