“CAHAN MOTORS” MMC

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir. “Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən biri olan “Opel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
 
 
Bu avtomobillər yüksək keyfiyyət, etibarlılıq, rahatlıq və müasir dizaynı özündə əks etdirir. Azərbaycana gətirdiyimiz hər bir avtomobil funksiyasına, möhkəmləndirilmiş asqı və yüksək klirens xüsusiyyətlərinə malikdir. “Cahan Motors” MMC şirkəti sizə göstərilən məşhur alman avtomobil markasının satışı və servisi ilə bağlı bütün xidmətləri təklif edir. Şirkətin Ziya Bünyadov küçəsi 48/54 ünvanında 1500 m2-lik sərgi zalı və 2008-ci ildə açılmış, Babək prospekti 21/99 ünvanında yerləşən böyük və geniş, yeni “Opel” Mərkəzi korporativ standartların tələblərinə uyğun təşkil olunub. Onların hər biri müasir texnologiya ilə təchiz olunmuş servis mərkəzinə malikdir ki, bu da müştərilərə fərdi yanaşmanı və yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. Şirkətin mütəxəssislərinin zəngin təcrübəsi və peşəkarlığı sayəsində şirkət adı çəkilən avtomobil markasının satışı üzrə ölkəmizdə qabaqcıl yerdədir.

“Cahan Motors” MMC respublikanın digər regionlarında, Naxçıvanda olduğu kimi, yeni sərgi zalı və servis mərkəzlərinin açılmasını və müştərilərə təklif olunan avtomobil brendlərinin sayını artırmağı planlaşdırır. Şirkətin Ziya Bünyadov küçəsində və Naxcıvanda yerləşən sərgi zallarında dünya şöhrətli brendlərin avtomobillərinin satışı təşkil olunur. “Cahan Motors” MMC Sizə hər zaman rahat və dəbdəbəli avtomobillər nümayiş etdirməyə, bəyəndiyiniz avtomobilin rahatlığını yoxlamaq üçün test sürüşü imkanı yaratmağa, avtomobilinizə zəmanət müddəti və ondan sonrakı dövrdə ən müasir avadanlıqla təchiz olunmuş servis mərkəzində xidmət təklif etməyə hazırdır. Bundan əlavə, Sizə sərgi zalı və servis mərkəzində avtomobillər üçün orijinal aksesuarlar və müxtəlif suvenir-hədiyyələr təklif olunur. Şirkətdə çalışan yüksək ixtisaslı və xüsusi treninqlərdə hazırlıq keçmiş satıcılar Sizə bəyəndiyiniz avtomobilin texniki göstəriciləri barədə geniş məlumat verərək seçim etməkdə Sizə yardımçı olacaqlar. Bundan əlavə, müştərilər üçün çevik güzəşt sistemi və kredit şərtləri işlənib hazırlanıb. “Cahan Motors” Sizə 1 ildən 5 ilə qədər müddətə, kreditlə avtomobillər təklif edir. Sizə təklif olunan “Opel” avtomobillərinin hər biri qət etdiyi məsafədən asılı olmayaraq iki illik beynəlxalq zəmanətə malikdir.

Eyni zamanda 2014-cü ildən etibarən şirkətimiz ağır texnikanın servis xidmətlərinə də başlamışdır. “Mercedes” markalı avtobus və yük maşınları, “Caterpiller” iş texnikaları kimi iritutumlu ağır vasitələrin də servis və təmiri işlərini də peşəkar kollektivi ilə həyata keçirməkdədir.
 
Rəhbər: Adil Axundov
Telefon: (+99412) 310 07 85
Adres: Babək pr.21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: www.cahanmotors.az

“FAW”

2019-cu ilin noyabr ayından Azərbaycana Çinin ən qədim avtomobil istehsalçısı olan “FAW” gətirilmişdir. Azərbaycanda “FAW” avtomobillərinin rəsmi nümayəndəsi “Cahan Holding” Kommersiya Şirkətlər İttifaqıdır
 
 
Bu avtomobillər “Cahan Motors” MMC-nin avtosalonunda yerləşdirilib. Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən hazırda  Naxçıvan Avtomobil Zavodunda ilkin olaraq 3 ədəd “FAW T-33” krossover və 6 ədəd “FAW T-80” yük avtomobillərinin istehsalına başlanılıb. Yaxın gələcəkdə isə əlavə olaraq “FAW T-33” krossover, tipli avtomobillərin yığılmasına başlanılacaq. Növbəti mərhələdə isə 58 ədəd “FAW” modellərinin istehsalı nəzərdə tutulub

“FAW İndustrial Group” avtomobil istehsalçısının rəsmi nümayəndəsi “Cahan Holdinq” Sizə hər zaman rahat və dəbdəbəli təqdim edərək, bəyəndiyiniz avtomobilin rahatlığını yoxlamaq üçün test sürüşü imkanı yaratmağa, avtomobilinizə zəmanət müddəti və ondan sonrakı dövrdə ən müasir avadanlıqla təchiz olunmuş servis mərkəzində xidmət təklif etməyə hazırdır. Bundan əlavə, Sizə sərgi zalı və servis mərkəzində avtomobillər üçün orijinal aksesuarlar və müxtəlif suvenir-hədiyyələr təklif olunur. Şirkətdə çalışan yüksək ixtisaslı və xüsusi treninqlərdə hazırlıq keçmiş satış nümayəndələri Sizə bəyəndiyiniz avtomobilin texniki göstəriciləri barədə geniş və ətraflı məlumat verərək seçim etməkdə Sizə yardımçı olacaqlar. Bundan əlavə, müştərilər üçün kredit şərtləri işlənib hazırlanmışdır. “Cahan Motors” Sizə 1 ildən 3 ilə qədər müddətə kreditlə avtomobillər təklif edir. Sizə təklif olunan “FAW” avtomobilləri beynəlxalq zəmanətə malikdir.
 
Rəhbər: Adil Axundov
Telefon: (+99412) 310 07 85
Adres: Babək pr.21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: fawazerbaijan.az

 
Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqı 2019-cu ilin aprel ayından etibarən Çinin “Lifan İndustrial Group” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsidir.
 
 
 Lifan avtomobilləri Naxçıvan Avtomobil Zavodunda istehsal olunur. Müəssisədə “Lifan İndustrial Group”a aid 360 sedan tipli, 270 SUV tipli, 140 minivan tipli, 40 “Golfcar” tipli, o cümlədən 120 yük maşını və 230 motosikletin istehsalı nəzərdə tutulur. Zavodda istehsal olunan nəqliyyat vasitələrinin muxtar respublikada güzəştli şərtlərlə satışı və texniki servis xidməti də planlaşdırılır. Yüksək rəqabətqabiliyyətli avtomobillər istehsal etməyi qarşısına məqsəd qoyan Naxçıvan Avtomobil Zavodu daxili bazarın tələbini ödəməklə yanaşı, istehsal olunan nəqliyyat vasitələrinin Respublikamızın müxtəlif bölgələrinə və digər ölkələrə ixracını da nəzərdə tutur.

Bu gün avtomobil sənayəsində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillərin istehsal edildiyi Naxçıvan Avtomobil Zavodu inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikamızda istehsal olunması, Naxçıvanda maşınqayırma sənayəsinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.


Rəhbər: Adil Axundov
Telefon: (+99412) 310 07 85
Adres: Babək pr.21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: