Ticarəti həyatının əsas işinə çevirən, bununla yeni fəaliyyət sahələri yaradan kiçik və orta seqmenti təmsil edən sahibkarlar ölkəmizin iqtisadi inkişafında əhəmiyyətli rol oynamaqdadırlar. Bu səbəblə, həm sahibkarları dəstəkləmək, həm də xalqımızın həyat keyfiyyətini daha da yüksəltmək üçün ölkəmizdəki ticarət sektoruna ciddi diqqət yetiririk.

CAHAN RED

Enerji içkiləri arasında ən populyarı və seviləni, sübhəsiz, Red Bull-dur. Bu məşhur dünya brendinin Azərbaycandakı eksklüziv tərəfdaşı isə “CAHAN” Red şirkətidir. Ölkəmizdə uğurlu satış strategiyasının nəticəsi olaraq 2012-ci ildə “CAHAN” yüzlərlə namizəd arasında dünyanın ən yaxşı Red Bull təmsilçisi seçilmişdir.

CAHAN TOBACCO

Fəaliyyətimizin hər sahəsində olduğu kimi, “CAHAN Tobacco” olaraq da dünyanın ən yaxşılarını, premium tütün məhsullarını ölkəmizə gətirdik. Azərbaycan istehlakçısını "Habanos" (Kuba),"Davidoff" (Dominikan Respublikası),"JTI" (Yaponiya), "Gulbahar" (BƏƏ) və "KT&G" (Cənubi Koreya) kimi lüks markalarla tanış etmənin sevincini yaşayırıq.

CAHAN AVM

Ailənizlə gözəl bir gün keçirmək üçün “CAHAN” alışveriş mərkəzi ən doğru seçimdir. Bura hər yaşda müştərilərin istirahəti üçün restoran və kafelər, uşaqları sevindirəcək “Əyləncə adası”, hər alıcının ehtiyacına cavab verən minlərlə çeşiddə məhsul təqdim edən mağazaların vəhdətidir.

CAHAN TİCARƏT MƏRKƏZİ

1000-dən artıq satış nöqtəsi olan müasir ticarət mərkəzi.