Tələbatın doğru və zamanında təhlil edilərək əhaliyə ən uyğun və keyfiyyətli xidmətlərin təqdim edilməsi bu sektorda uğurun vacib şərtidir. Bunu nəzərə alaraq, hər seqmentə xitab edən fərqli və çoxşaxəli fəaliyyətimizlə xidmət sahəsində birinci olmaq iddiamızda qalırıq.

DAYS HOTEL BAKU

Dünyanın ən böyük otellər şəbəkəsi “Wyndham Hotel Group”un Azərbaycanda ilk iş ortağı olaraq “Days Hotel Baku”nu ailəmizə daxil etməyimizlə böyük qürur duyuruq.

MADO, SIMIT SARAYI və LAVAZZA

Gündən-günə çiçəklənən Muxtar Respublikada xidmətdən gözlənilən tələblər də artmaqdadır. Bunu nəzərə alaraq, Türkiyənin məşhur “MADO”, "SIMIT SARAYI" və İtaliyanın dillər əzbəri “LAVAZZA” brendlərini Naxçıvana gətirərək xidmət sektorumuza daxil etmişik.

ƏYLƏNCƏ ADASI

Sevdiyi işlə məşğul olmaq, çalışmaq kimi, asudə vaxtını dolğun keçirə bilmək də hər insanın bir haqqıdır. “Əyləncə adası” hər yaşa, hər zövqə, hər istəyə malik insanlara əyləncənin nə demək olduğunu hiss etdirir.