Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının layihələrindən biri də “Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi”dir. Layihə “Cahan İnşaat” MMC-nin Su və Kanalizasiya Xətlərinin Tikinti-Quraşdırma idarəsi tərəfindən icra olunmaqdadır.
 
 
Kompleksdə qurulan qurğular Türkiyədən və İspaniyadan gətirilmişdir. Həmin qurğular yerli və xarici mütəxəssislər tərəfindən qurularaq hazır vəziyyətə gətirilmişdir. Kompleksdən evlərə müasir standartlara cavab verən su xətləri çəkilmiş, hər bir mənzil üçün su sayğacları quraşdırılmışdır. Kompleks ətrafında abadlıq işləri, buraya gələn yol üzərində təmir işləri aparılmışdır. Eyni zamanda kompleksin həyətində və kənarında yaşıllıq zolaqları salınmışdır.